Misirin Şarm əl-Şeyx şəhərində 401 milyon dollarlıq yeni turizm layihəsi həyata keçiriləcək
Gulf Egypt for Hotels and Tourism şirkəti Misirin Şarm əl-Şeyx şəhərində dəyəri 401 milyon dollardan çox olan yeni turizm kompleksi inşa edəcəyini açıqlayıb.
Turizmplus.az xəbər verir ki, 20 milyard Misir funtu həcmində investisiya nəzərdə tutulan layihə hotel, brend yaşayış kompleksləri, çimərlik klubu, əyləncə, ticarət və sağlamlıq məkanlarını bir araya gətirəcək. Şarm əl-Şeyx Beynəlxalq Hava Limanının yaxınlığında yerləşəcək kompleks təxminən 354 min kvadratmetr ərazini və 750 metrlik sahil xəttini əhatə edəcək.
Şirkət layihənin Misirin turizm sektoruna yönəlmiş ən böyük yeni investisiyalarından biri olacağını bildirib.

